Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Martın 24-də saat 21 radələrində Şamaxı rayonunda 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə xəsarət yetirib.
Lent.az-ın əldə etdiyi məlumata görə, A.Surxayev polis əməkdaşları tərəfindən saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb.
O.Hacıyev isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.