Şamaxıda SİLAHLI İNSİDENT: Ölən var

24.03.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Martın 24-də saat 21 radələrində Şamaxı rayonunda 27 yaşlı Amil Surxayev şəxsi münasibətlər zəminində 34 yaşlı Orxan Hacıyevə ov tüfəngi ilə güllələyib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, A.Surxayev saxlanılıb və ondan cinayətdə istifadə etdiyi tüfəng götürülüb. 

O.Hacıyev xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью