Şamaxıda ticarət mərkəzindən yıxılan qız komaya düşdü

16.05.2025

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şamaxıda 32 yaşlı qız ticarət mərkəzinin binasından yıxılıb.

Oxu.Az-ın məlumatına görə, Şamaxı şəhər sakini, 1993-cü il təvəllüdlü Günel Yəhyayeva işlədiyi ticarət mərkəzinin 3-cü mərtəbəsində pəncərəni silərkən balkondan yıxılıb.

O, ağır kəllə-beyin travması, topuq və çanaq sınıqları ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ona ilkin tibbi yardım göstərilsə də, vəziyyəti həddindən artıq ağır olduğundan təcili tibbi yardım briqadasının müşayiəti ilə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb.

G.Yəhyayevanın komatoz vəziyyətdə olduğu bildirilir.

Aqil Vəlili

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью