Şamaxıda yol qəzası ölümlə nəticələnib

30.09.2026

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Şamaxı, 30 sentyabr, AZƏRTAC

Şamaxıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Hadisə axşam saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun rayonun Sabir qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Göylər kənd sakini olan qadın sürücü avtomobillə hərəkətdə olarkən 56 yaşlı piyada, Sabir qəsəbə sakini Elmira Alıyevanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır

Müxbir- Rəşad Türkoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью