Şamaxıda yol qəzası: xəsarət alanlar var

20.03.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Şamaxı-Pirqulu avtomobil yolunun Məlhəm kəndindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, ilkin məlumata görə hərəkətdə olan minik avtomobili sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın yoldan çıxaraq dərəyə aşıb.

Hadisə yerinə cəlb olunan xilasedicilərin köməyilə avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsləri çıxarıblar. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan üç nəfər Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью