Şamaxıda yük maşını aşdı: 9 ton meyvə ətrafa dağıldı VİDEO

15.11.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Şamaxıda yük avtomobilinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı–Şamaxı–Yevlax avtomobil yolunun 122,2-ci kilometrliyində qeydə alınıb.

Avtosfer.az xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan yük avtomobilinin sürücüsü dairəvi yolda döngəni keçərkən idarəetməni itirib. Nəticədə, avtomobil aşıb, yük yerindəki təxminən 9 ton xurma yola tökülüb.

Qəza səbəbindən Şamaxı şəhərinə giriş, eləcə də Ağsu və İsmayıllı rayonları istiqamətində yolun sözügedən hissəsində hərəkət məhdudlaşdırılıb.

Sürücülər üçün alternativ olaraq yolun sağ və sol hissəsindəki hərəkət zolaqları açılıb. Hazırda nəqliyyat vasitələrinin maneəsiz hərəkətinin təmin edilməsi və yolun təmizlənməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью