Şamaxıda zəlzələ qeydə alınıb

15.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 15 may, AZƏRTAC

Mayın 15-də Şamaxıda Pirqulu stansiyasından 15 km şimalda zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 03:14-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,2-ə bərabər olub.

Ocağı 5 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью