Şamaxıda zəncirvari avtoqəza olub, ölən var

29.08.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şamaxı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, Şamaxı rayonu ərazisində "Ford Transit" markalı avtomobil yolun kənarında dayanan "Niva", daha sonra isə "VAZ-2107" markalı avtomobilə çırpılıb.

Nəticədə "VAZ"ın sərnişini, 44 yaşlı Rasim Ömərov aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью