“Şamaxı”dan 850 ci qol

05.03.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

“Şamaxı” Azərbaycan çempionatlarında 850-ci qolunu vurub. Bu, Misli Premyer Liqasının XXV turuna təsadüf edib.

İdman.biz xəbər verir ki, Ayxan Abbasovun yetirmələri səfərdə “Səbail”ə 2:0 hesabı ilə qalib gəlib.

Bu görüşdəki ilk qol bölgə təmsilçisi üçün yubiley xarakteri daşıyıb. 850-ci topun müəllifi Vasiliye Bakiç olub. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşıyan komanda 682-ci görüşdə bu göstəriciyə çatıb. Vurulan 851 qoldan 458-i evdə, 393-ü səfərdə qeydə alınıb.

Qeyd edək ki, “Şamaxı” bu göstəricidə yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”dən geri qalır.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью