“Şamaxı”dan ayrılıb “Zirə”yə keçdi

28.05.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

“Zirə” yeni futbolçu ilə anlaşıb.

“Qafqazinfo” xəbər verir ki, “qartallar” Brahim Konateni heyətinə qatıb. 

Fransalı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb.

Qeyd edək ki, 29 yaşlı futbolçu karyerası ərzində ölkəsinin “Oser”, “Nor”, İspaniyanın “Fuenlabrada”, “Rayo Mayadahonda”, Litvanın “Kauno Jalgris” və İsrailin “Hapoel” (Afula) klublarında çıxış edib. 

Konate son olaraq ölkəmizdə “Şamaxı”da çıxış edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью