“Şamaxı”dan ikinci qələbə

04.08.2026

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Qəbələ” sınaq görüşündə “Şamaxı” ilə qüvvəsini sınayıb.

Futbolpress.az xəbər verir ki, qarşılaşma Şamaxı təmsilçisinin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb.

Qələbə qazanan kollektivin tərkibində Oruc Məmmədov dublla yadda qalıb. “Qırmızı-qaralar”nin yeganə qoluna isə Uboçioma Meşak imza atıb.

Oyun Qəbələ şəhər stadionunun ehtiyat meydançasında baş tutub.

“Qəbəl” buna qədər təlim-məşq toplanışı çərçivəsində “Kəpəz”ə (2:1) və Qətərin “Əl-Xaritiya” klubuna (2:1) qalib gəlib, “Sumqayıt” (1:1), “Şəfa” (1:1) və “İmişli” (2:2) ilə heç-heçəyə razılaşıb.

“Şamaxı” isə hazırlıq prosesində “Əl-Xaritiya”nı məğlub edib (3:0), “Kəpəz”lə “sülh” bağlayıb (0:0) və “Sumqayıt”a məğlub olub (0:2).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью