Şamaxıdan qışın ikinci legioner transferi

09.01.2025

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

“Şamaxı” qış fasiləsində daha bir futbolçu transfer edib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bölgə təmsilçisi hücumçu Michael Thuique Dias Santosu heyətinə qatıb. Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” olub.

Xatırladaq ki, "Şamaxı" bu qış transfer pəncərəsi zamanı Cəlal Hüseynov, Murad Vəliyev, Vüsal Məsimov və Andrey-Kostin Tirkovaneunu sıralarına cəlb edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью