Şamaxıdan qovulan futbolçunun yeni klubu bilindi

04.12.2024

Fanat saytından alınan məlumata görə, Icma.az bildirir.

Bir neçə gün əvvəl "Şamaxı"dan ayrılan İlkin Muradovun yeni iş yeri müəyyənləşib. 

Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi “Səbail”də çıxış edəcək. 

Məlumatı Bayıl təmsilçisinin mətbuat xidməti rəsmən açıqlayıb. 


“Səbail” İlkin Muradovla 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 28 yaşlı Muradov 2022/2023 mövsümündə də “Səbail”də çıxış edib (13 oyun).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью