“Şamaxı”dan yeni transfer RƏSMİ İdmanXəbər

04.01.2025

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

İdmanxeber.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi yarımmüdafiəçi Murad Vəliyevi heyətinə qatıb.

U-21 yığmamızın sabiq üzvü olan Vəliyevlə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb

Qeyd edək ki, 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nomme Yunayted” klubunda çıxış edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью