Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasının XXV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
7 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Neftçi-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
8 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Turan Tovuz-2” – “Qarabağ-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
9 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Kəpəz-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı-2” komandasının 59 nömrəli futbolçusu Həsən Vəliyev ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
9 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Kəpəz-2” – “Şamaxı-2” oyunu bitdikdən sonra “Şamaxı-2” komandasının məşqçisi Yaşar Abuzərov hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 500 manat cərimə edilsin (maddə 51.1);
10 may 2026-cı il tarixində Əvəzedicilər liqasında XXV turun “Qəbələ-2” – “Sabah-2” oyununun 90+3-cü dəqiqəsində “Sabah-2” komandasının 93 nömrəli futbolçusu Səbuhi Qurbanov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Sabah-2” komandası 250 manat cərimə edilsin (maddə 51.2).