“Şamaxı”nın futbolçuları mükafatlandırıldı

17.10.2025

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Ayın qolu” layihəsi çərçivəsində avqust və sentyabr aylarının ən yaxşı qollarının müəllifləri olan “Şamaxı” klubunun futbolçuları Dioqo Balau və Andrey Tirkoveanu mükafatlandırılıb.

Futbolpress.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb. Onlara mükafatları Azərbaycan Premyer Liqasının VIII turunun “Şamaxı” – “Kəpəz” görüşündən əvvəl Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov təqdim edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью