“Şamaxı”nın futbolçusu: “Uğursuz seriyadayıq”

05.11.2024

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uğursuz seriyadayıq. Hər komandada belə dönəmlər olur”.

Bu sözləri “FutbolPress“ə açıqlamasında “Şamaxı”nın futbolçusu Arsen Ağcabəyov söylədi. Müdafiəçi Premyer Liqada ardıcıl 4 oyunda xal qazana bilməmələrini belə şərh etdi:

“Pis oynamırıq, oyunlarda qol şansları da yaradırıq. Ancaq fürsətləri dəyərləndirə bilmirik. Uğursuz seriyadayıq və futbolda belə hallar olur. İnanıram ki, seriyanı qıracağıq və vacib xallar qazanacağıq”.

“Şamaxı”nın çempionatdakı növbəti oyunu “Neftçi”yə qarşı olacaq. “Şirlər” XIII turda noyabrın 8-də “ağ-qaralar”ın qonağı olacaq. Arsen matçdan gözləntilərini bölüşdü:

“Neftçi” ilə oyunun çətin olacağını bilirik. Premyer Liqada asan oyun yoxdur. İnanıram ki, əlimizdən gələni edəcəyik və istədiyimiz xalları qazanacağıq”.

Şahin Cəfərov

Əsas xəbərlər, Premyer liqa “Zirə” 3 xalı 2 qolla qazandı

2 Noyabr 2024, 16:55

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan Kuboku: daha 4 komanda 1/8 finalda

30 Oktyabr 2024, 18:35

Əsas xəbərlər, Premyer liqa Ayxan Abbasov: “Hər tur hakim səhvlər təkrarlanır”

27 Oktyabr 2024, 21:20

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” 3 xalı 3 qolla qazandı

27 Oktyabr 2024, 20:57

Əsas xəbərlər, Premyer liqa “Qarabağ” – “Şamaxı”: heyətlər bilindi

27 Oktyabr 2024, 18:05

Əsas xəbərlər, Manşet, Ölkə futbolu “Şamaxı”nın 19 oyunluq həsrəti

23 Oktyabr 2024, 11:34

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью