“Şamaxinka tuneli”nin rəngi illər sonra belə üzə çıxdı VİDEO

10.12.2025

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişdiyi ərazidə yerləşən avtomobil tuneli (“Şamaxinka tuneli”) uzun müddətdir çirk qatı altında öz əvvəlki görünüşünü itirmiş vəziyyətdə olub.

"Yeni Sabah" xəbər verir ki, sosial şəbəkələrdə yayılan kadrlarda kimyəvi təmizləmə vasitəsindən istifadə edən bir şəxsin tunelin divarlarını yuduğu anlar görünür.

Təmizlik zamanı məlum olub ki, divarlar əslində rəngli imiş, lakin illərlə üzərinə yığılan toz və kir ucbatından tamamilə qaralmışdı. Yuyulduqdan sonra isə onların ilkin rəngi ortaya çıxıb.

Xatırladaq ki, “Şamaxinka tuneli” 2007-ci ildə tikilərək istifadəyə verilib. Tunellərin və tunel daxilindəki yol infrastrukturu elementlərinin təmizliyi isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin öhdəliyindədir.

Əsmətxanım


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью