“Şamaxinka”da avtobuslarla bağlı QƏRAR: 5 marşrut ərazidən çıxarılır

21.09.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

130, 142, 500, 503 və 508 nömrəli marşrutlar “Şamaxinka” adlanan ərazidəki dayanacaq məntəqəsindən çıxarılır.

Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, həmin marşrutların sərnişinləri “Azərbaycanfilm Kinostudiyası” dayanacaq məntəqəsindən istifadə edə bilərlər. Toyuqlu pizza

Məlumata görə, “Şamaxinka”da dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılacaq və sərnişinlərin rahatlığı üçün müvafiq nişanlarla işarələnəcək.

Qeyd olunub ki, bununla da ərazidə avtobusların dayanacaq ətrafında yaratdığı əlavə sıxlığın qarşısı alınacaq.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью