Icma.az, Oxu.az portalına istinadən məlumat verir. Bakı şəhərinin Şimal çıxışında yerləşən və "Şamaxinka" kimi tanınan ərazidə nəqliyyatın h
Bununla bağlı Oxu.Az-a müraciət daxil olub. Qeyd olunub ki, problemin kökündə yolun ilk geridönmə hissəsində işıqforun quraşdırılmaması daya
Nəticədə, şəhər istiqamətindən gələn nəqliyyat vasitələri geridönmə etməli olan avtomobillərə yol vermir və bu da ərazidə tez-tez qəzaların
"Xüsusilə də, günün pik saatlarında vəziyyət daha da ağırlaşır.
Aidiyyəti qurumlar dəfələrlə bu barədə məlumatlandırılsa da, indiyədək həmin əraziyə işıqfor quraşdırılmayıb.
Ərazidə xidmət aparan Yol Patrul Xidmətinin (YPX) əməkdaşları da vəziyyəti görürlər, amma dəfələrlə edilən müraciətlərə baxmayaraq, əraziyə işıqfor qoyulmur", - deyə şikayətdə bildirilib.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, həmin əraziyə işıqfor qoyulması planda var.
"Metronun "20 Yanvar" stansiyasının ətrafı və "Şamaxinka" adlanan həmin ərazi ilə bağlı AYNA tərəfindən layihə hazırlanıb.