“Şamaxinka”da səkidə yıxılan 36 yaşlı kişi öldü Foto

08.09.2025

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Şərur rayon sakini 1989-cu il təvəllüdlü Kamal Cəlalov gecə saatlarında “Şamaxinka” adlanan ərazidə səkidə ehtiyatsızlıqdan yıxılıb. Başı səkiyə çırpılan şəxs hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Aslan Vəliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью