Şamaxinkadakı tunellə bağlı açıqlama VİDEO

05.03.2025

News24 saytına istinadən Icma.az xəbər verir.

Bakı-Sumqayıt yolu ilə paytaxtın Moskva prospektini birləşdirən tuneldə (Şamaxinka adlanan ərazi) sütunlardan birinin vəziyyəti ilə bağlı görüntülər yayılıb.

News24.az xəbər verir ki, Aqil Tağıyev adlı feysbuk istifadəçisi tuneldəki dirəklərdən birinin zədələndiyini bildirib. O, səhifəsində tuneldən çəkdiyi videonu da paylaşaraq aidiyyəti qurumların məsələni nəzarətə götürməsinin vacibliyini vurğulayıb.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli sorğumuza cavab olaraq bildirib ki, ərazidə hər hansı təhlükəli vəziyyət yoxdur: “Orada üzlük daşların bir hissəsi qopub. Yerinə bərpa olunacaq”./qafqazinfo

Həmin görüntüləri təqdim edirik:

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью