Apasport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Braziliya millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Neymarın xidmətindən yararlanmaya bilər.
Apasport.az xəbər verir ki, bu barədə İspaniyanın TVE nəşri məlumat yayıb.
34 yaşlı hücumçunun C qrupundakı bütün qarşılaşmaları buraxacağı gözlənilir.
Neymar baldır əzələsindən 2-ci dərəcəli zədə alıb.
Braziliya Futbol Federasiyası daha əvvəl futbolçunun bərpa prosesinin plan üzrə davam etdiyini açıqlasa da, onun meydanlara nə vaxt qayıdacağı hələ dəqiq deyil.
Qeyd edək ki, Braziliya C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparır.
“Sambaçılar” iyunun 13-də Mərakeş, iyunun 19-da Haiti, iyunun 24-də isə Şotlandiya ilə qarşılaşacaqlar.
Bosniyaya qarşı ani zərbə - Larin 121 saniyəyə hesabı dəyişdi Levandovski qərarını verdi - Ulduz futbolçu ABŞ-yə gedir Acun Ilıcalı Ərdoğanla görüşdü İnfantino İtaliyanı ələ saldı: “Bəlkə, 64 komanda olsa, vəsiqə qazana bilərlər” Degenekdən Türkiyə sözləri: “Onların DÇ təcrübəsi yoxdur”