Sambo üzrə yeni mövsümün təqvimi açıqlanıb İdman və Biz

24.12.2024

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Beynəlxalq Sambo Federasiyası (FIAS) gələn il üçün yarışların təqvimini təsdiqləyib.

İdman.biz xəbər verir ki, əsasən 3 yarış barədə məlumat açıqlanıb.

Təqvimə aprelin 25-27-də Kiprin Limassol şəhərində Avropa çempionatı ilə start veriləcək.

Növbəti yarış avqustun 13-14-də Çinin Çenqdu şəhərində baş tutacaq Dünya Oyunlarıdır.

Dünya çempionatı isə Türkmənistanın paytaxtı Aşqabadda təşkil olunacaq. Noyabrda keçiriləcək yarışın dəqiq tarixi ilə bağlı hələlik məlumat verilməyib.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью