Samboçular üçün ilin üç əsas yarışı bəlli olub

16.01.2025

Cbcsport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Beynəlxalq Sambo Federasiyası bu il üçün beynəlxalq yarışların təqvimini təqdim edib.

Siyahıda üç əsas turniri fərqləndirmək olar.

Sambo üzrə Avropa çempionatı aprelin 25-27-də Limassolda (Kipr) keçiriləcək.

Yayda bütün diqqətlər avqustun 7-17-də Çenqduda (Çin) təşkil ediləcək Dünya Oyunlarına yönələcək.

Dünya çempionatı isə Türkmənistanın paytaxtı Aşqabada həvalə olunub. Noyabrda keçiriləcək yarışın dəqiq tarixi daha sonra açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью