Sambunun cəzası dəyişmədi AFFA Neftçi nin şikayətini təmin etmədi

19.03.2025

Icma.az bildirir, Apasport saytına əsaslanaraq.

"Neftçi"nin futbolçusu Bassalu Sambu ilə bağlı apellyasiya şikayəti təmin edilməyib.

Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin hücumçu ilə bağlı 2 oyunluq cəza və 1500 manatlıq cərimə qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Sambu Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununun 58-ci dəqiqəsində ciddi qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə cəzalanmışdı.

"Qarabağ" azarkeşlərinə görə ziyana düşdü İkinci Liqa: XVII tura yekun vurulacaq "Qarabağ"ın futbolçuları milli komandalarda Haiti yığması Mərdəkanda - FOTO Millimiz Albaniya yığması ilə qarşılaşacaq
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью