Samey Aybaba akademiyalarımızı təriflədi

21.06.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Azərbaycan futbolunu yaxından izləyirik". Bu sözləri Sport24.az-a açıqlamasında aşağı yaş qruplarından ibarət Türkiyə milli komandalarının koordinatoru Samet Aybaba deyib.

Təcrübəli mütəxəssis son vaxtlarda Azərbaycan klublarının akademiyalarında görülən işləri də yüksək qiymətləndirdiyini vurğulayıb:

"Son illərdə akademiyalardan çıxan futbolçuların həm fiziki, həm də psixoloji inkişafını müsbət dəyərləndirərdim. Düzgün zamanda və uyğun mühitdə dəyərləndirilə biləcək istedadlar hər zaman diqqət mərkəzimizdədir. Türkiyə ilə Azərbaycan futbolu arasında bilik və təcrübə mübadiləsinin artması hər iki tərəf üçün faydalıdır. Ölkənizin klubları ildən-ilə inkişaf edir. Əsas nümunələrdən biri də "Qarabağ" komandasıdır".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью