Sami Yusufdan Fələstin mesajı Mahnısını qurbanlara həsr etdi

28.09.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Məşhur müğənni Sami Yusuf İstanbulda konsert proqramı ilə çıxış edib.

“Yeni Sabah” xəbər verir ki, sənətçi Türkiyə konsertləri çərçivəsində İstanbul Konqres Mərkəzinin Harbiye Auditoriyasında səhnəyə çıxıb.

“Köklər” mövzusu əsasında hazırlanan konsert proqramında Sami Yusufu Türkiyə, İspaniya, Böyük Britaniya, Meksika, Çin, Mərakeş, Almaniya və Azərbaycandan olan musiqiçilərin yer aldığı “Fons Sophiae Collective” qrupu müşayiət edib. Pepperoni pizza

Təxminən iki saat davam edən konsertdə “En Al Andalus”, “Barakah”, “The Fire Within”, “Hasbi Rabbi”, “Ilahana”, “The Cup of Love”, “Ecstasy”, “Zahit Bizi Tan Eyleme” və “Nasimi” kimi əsərlər səsləndirilib.

Konsertin ən diqqətçəkən məqamlarından biri isə “We Love Life” mahnısının ifası olub. Sami Yusuf əsəri Fələstində həlak olanlara həsr etdiyini bildirib.

Sənətçi Qəzzada baş verənlərlə bağlı fikirlərini bölüşərək bir bəstəkar kimi yaşananlara verə biləcəyi ən güclü cavabın musiqi olduğunu deyib.

Aydan Hacı 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью