Şamil Ayrım niyə susub?

18.10.2026

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan istənilən ölkə ilə, eyni zamanda özünə dost və qardaş hesab etdiyi ölkələrlə münasibətlərin normal şəkildə inkişafında maraqlı olub. Tarix boyu Azərbaycan xalqı Türkiyə xalqının yanında olub, Anadolu türklərinə hər zaman dəstək göstərib. Təsadüfi deyil ki, Çanaqqala savaşında xeyli sayda azərbaycanlı iştirak edib və şəhid olub. Biz hər zaman eyni kökdən gələn türk xalqının yanında olmuşuq".

Bu sözləri Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev Türkiyədə nurçu-islamçı AKP hakimiyyətinin Azərbaycana qarşı əsassız hücumlarından və qarayaxma kampaniyasından danışarkən bildirdi. 

O, AKP və siyasi islamçı xəttin anti-Azərbaycan mövqeyini kəskin tənqid etdi:

"Bu gün Türkiyədə hakimiyyətdə olan AKP və siyasi islamçıların Azərbaycanı hədəfə alan tavırları, AKP-yə yaxın media qurumlarının ölkəmizi hədəf seçməsi heç də gözlənilən deyil. Türkiyədən bir çox şəxsin bu məsələyə laqeyd münasibət bəsləməsi çox üzücü bir haldır. Məsələn, Azərbaycanda böyük önəm verilən Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri Şamil Ayrım bu məsələlərdə çox passiv mövqe sərgilədi. Şamil Ayrım kimi deputatların həm də vəzifə borcudur ki, Türkiyə-Azərbaycan münasibətlərinə xələl gətirən şəxsləri, siyasətçiləri susdursunlar, onlarla danışıqlar aparsınlar. Təəssüf ki, dostluq qrupunun deputatları arasında başda rəhbərləri olmaqla çox böyük passivlik gördük".

Politoloq xüsusilə AKP-yə yaxınlığı ilə bilinən radikal-islamçı media resurslarının fəaliyyətinə və Türkiyə hökumətinin bunun qarşısını almamasına diqqət çəkib:

"Məsələn, "Yeni Akit" qəzeti və TV kanalı aktiv şəkildə Azərbaycanı hədəfə götürüb. Bu media qurumunun AKP-yə yaxın olduğu hər kəsə məlumdur. "Yeni Akit"in rəhbəri və koordinatoru efirə çıxaraq Azərbaycanın ünvanına ağır tənqidlər və bəyanatlar səsləndirir. Bəs buna Türkiyədə niyə aktiv cavab verilmir? Bu şəxs və digər jurnalistlər niyə susdurulmur? Bildiyimuiz kimi, Azərbaycan Baş Prokurorluğu həmin jurnalistlərdən birinə qarşı cinayət işi açdı. Bunu elə Türkiyə hökuməti özü etməli, həmin şəxsləri dərhal susdurmalı idi.

Bəli, Binali Yıldırımın müsbət açıqlamasına şahid olduq, Dövlət Baxçalı münasibətlərin nizamlanması üçün geniş bəyanat verdi, buna görə təşəkkür edirik. Lakin digərlərindən aktivlik görmədik. AKP özü də özünə yaxın olan bu şəxslərə və xüsusilə "Yeni Akit" adındakı media qurumuna qarşı çox ciddi şəkildə tədbirlər görməlidir".

Aminə ŞAHSUVARQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью