Şamil Ayrım: Türk dövlətləri heç bir dövlətin ərazisinə göz dikmir, öz ərazisi özünə yetərlidir Video

13.12.2025

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Azərbaycan bizim üçün vacibdir. Biz bu araşdırmanı Azərbaycanla bağlı apardıq və uğurlu oldu. Bu, komissiyamızın uğurudur. Şimali Kipr Türk Cümhuriyyətinin təşviqi üçün Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupu yaradıldı. Biz Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunu Şimali Kipr Türk Cümhuriyyətinə gətirdik, müxtəlif istiqamətdə görüşlər keçirdik. Türkiyədə görüşlər keçirdik və indi üçüncü mərhələni həyata keçirəcəyik. Başqa sözlə, bu, Şimali Kipr Türk Cümhuriyyətinin tanınması istiqamətində rəsmi bir addım idi”.

Bu barədə Bizimyol.info xəbər portalına Türkiyə Cümhuriyyəti Böyük Millət Məclisinin (TBMM) üzvü, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrım danışıb. İstanbul millət vəkili qeyd edib ki, Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupundan sonra ən vacib hesab etdiyimiz növbəti proses təhsildir: “Türkiyədə böyüyən və təhsil alan təxminən əlli min Azərbaycan gənci var. Bu gənclərin gələcəyə yönəlmiş yanaşması var. Onlar üçün fürsətlər yaratmalıyıq. Bu gənclər Türk dünyası ilə körpü quracaq gənclərdir. Yəni Azərbaycan, Türkmənistan, Qazaxıstan artıq Türk dünyası daxilində bir bütün olaraq qəbul edilməlidir. Prezident Əliyev tədbirdə “üzümüzü Türk dünyasına çevirdik, bizim ailəmiz Türk dünyasıdır" demişdi. Bu, çox vacib idi. Onun düşüncə tərzində çəkdiyi yol ilə bizim prezidentimiz də eyni fikirdədir. Heç bir Türk dövlətinin başqa bir dövlətin ərazisində gözü yoxdur. Hər dövlətin öz ərazisi özünə yetər. Türk dövlətlərinin böyük imkanları var və bu imkanlar başqaları tərəfindən istismar edilməməlidir. Otuz il əvvəlki Türkiyə, Qazaxıstan və Türkmənistan hamısında əhəmiyyətli bir artım müşahidə edildi. Buradakı enerji resurslarının və digər dəyərli resursların əsasən həmin bölgədə yaşayan insanların rifahı üçün istifadə olunmasını təmin etməyə çalışmalıyıq. Biz buna böyük əhəmiyyət veririk. Burada bizim üçün ən dəyərli "istehsal" elə bizim gənclərimizdir. "50 min nəfər" deyib keçməyin. Bu, önəmli bir rəqəmdir.

Türk Dövlətiləri Təşkilatlaırna baxdığımız zaman ən çox inkişaf edən Azərbaycandır. Sıxıntılarınız yoxdurmu, əlbət var. Siz inkişaf edirsiniz, bu da heç asan proses deyil. Azərbaycan azad bazar iqtisadiyyatına keçib. Kommunizmdən sonra bir anda tarazlıq qəfil dəyişdi. Amma bu boşluğu televiziya yayımları, gənclər doldurur”.

Şamil Ayrım / Foto: Orxan, Bizimyol.info

“Azərbaycan öz sahəsində çox yaxşı mövqe qazanıb. Biz də dostluq qrupu olaraq getdiyimiz müxtəlif görüşlər keçiririk. Amma çox çalışmaq lazımdır. İllərdir ki, Türkiyə və Azərbaycan olaraq Ermənistanla mübarizə aparırıq. Təəssüf ki, Ermənistanın Amerikada, Fransada və Rusiyada lobbiləri var, amma bizdə də bu imkan var. Son otuz ildə Azərbaycan bir çox addımlar atıb və bu boşluğu çox əhəmiyyətli dərəcədə aradan qaldırır. Kitablar yazılır, Türkiyə universitetlərində müxtəlif tədbirlər keçirilir”-deyə Şamil Ayrım bildirib.

Orxan Musa - İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью