Şamil Ayrıma medal təqdim edildi FOTO | Icma.az
Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycanın Ankaradakı səfirliyində Azərbaycan-Türkiyə Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrıma “Heydər Əliyevin 100 illiyi” yubiley medalının təqdim edilməsi mərasimi keçirilib.
Modern.az xəbər verir ki, türkiyəli millət vəkilinə yüksək mükafatı ölkəmizin Ankaradakı səfiri Rəşad Məmmədov təqdim edib.
Diplomat bildirib ki, Şamil Ayrım Azərbaycan-Türkiyə əlaqələrinin inkişafındakı xidmətlərinə görə ikinci dəfədir Azərbaycanın yüksək mükafatına layiq görülüb.
O xatırladıb ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Şamil Ayrım 2020-ci ildə “Dostluq” ordeni ilə təltif edilib.
Ş.Ayrım göstərdiyi yüksək etimada görə Prezident İlham Əliyevə səmimi təşəkkürünü bildirib.
“Ankara və Bakı həm regionda, həm də beynəlxalq arenada sülh və inkişafa töhfə verərək, qarşılıqlı əlaqəni gücləndirirlər.
Ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əməkdaşlıq bütün dünya üçün nümunədir”, - deyə Türkiyə Böyük Millət Məclisinin deputatı vurğulayıb.
Tam oxu
Xəbəri oxu