Şamil Rzayev Çili səfirliyinin nümayəndəsi ilə görüşdü

07.11.2025

Icma.az bildirir, Metbuat portalına istinadən.

Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin birinci müavini Şamil Rzayev və sədrin müavini Samir Poladov Çilinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Xuan Karlos Salazar Alvares ilə görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə ANAMA məlumat yayıb.

Bildirilib ki, görüşdə Agentliyin fəaliyyət istiqamətləri, Azərbaycanın üzləşdiyi mina problemi, habelə həyata keçirilən genişmiqyaslı humanitar minatəmizləmə əməliyyatları barədə səfirlik nümayəndəsinə ətraflı məlumat verilib.

Görüşdə humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью