Samir Abasov: Azarkeşlərimizə o qədər vədlər verilib ki...

10.05.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Misli Premyer Liqasının XXXIV turunun "Turan Tovuz" - "Neftçi" matçından (1:2) sonra qonaqların baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis oyun haqqında düşüncələrini bildirib:

- Heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək çətin deyil?
- Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb. İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq oldun. "Neftçi"nin adı hər şeydən üstündür.

- Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz?
- Planlar cızırıq. "Neftçi" azarkeşlərinə söz deməyə ehtiyac yoxdur. Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.

- Əgər mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi?
- Bəlkə bundan da pis olardı. Keçmiş keçmişdə qaldı. Yaxşı gələcəyə doğru getməyə çalışacağıq.

- Bu gün meydana 3 hücumçu buraxmışdız. Onların oyunu haqqında nə deyə bilərsiniz?
- Məcburiyyətdən deyildi. Hündürboylu oyunçuları meydanda saxlamaq istəyirdik. Rəqibin oyun üslubu hamıya bəllidir. Hücumçularımız çox yaxşı oynadılar. Rəqibin müdafiəsinə təzyiq göstərdilər.

- Aleks sanki komandaya uyğunlaşa bilmir. Bunun səbəbi nədir?
- Biz gətirdiyimiz oyunçudan dərhal nəsə istəyirik. Aleks bizə çətin vaxtda qoşulub. Onun kimi futbolçulara səbrlə yanaşmalıyıq. Keyfiyyəti, ustalığı bəllidir. Məncə, düzələcək.

- Belə iddialar var ki, "Neftçi"də yeni mövsüm üçün seleksiya üzrə məşqçilər qrupu yaradılacaq. Bu, sizin işinizi nə dərəcədə asanlaşdıracaq?
- Çox asanlaşdıracaq. Ciddi addımlar atmalıyıq. Bunun üzərində işləyirik. Sağ olsun klub rəhbərliyi, şəraiti yaradır.

“Zirə”dən minimalhesablı qələbə - YENİLƏNİB Fabreqas A Seriyasının ən yaxşı məşqçisi seçildi “Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib "Səbail" - "Zirə" - Heyətlər açıqlandı “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirinə start verilib
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью