Samir Abasov belə istədi Onların yaya kimi şansı var! İdmanXəbər

29.12.2024

Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Neftçi”nin baş məşqçisi Samir Abasov komandadakı yerli futbolçularla bağlı tələsik qərar vermək istəmir.

İdmanxeber.az-ın məlumatına görə, qışda bir neçə yerli futbolçularla yolların ayrılması qeyd edilsə də, Abasov belə bir fikirdə deyil. Təcrübəli mütəxəssis bir neçə legioner futbolçudan fərqli olaraq, yerli oyunçuları yaya kimi iş başında görmək istəyir.

O, bəzi futbolçuların icarəyə verilməsinə də isti yanaşmır. Bu baxımdan da yanvarda hansısa yerli futbolçunun “ağ-qaralar”dan ayrılması gündəmdə olan məsələ deyil.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью