Fanat saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının 12-ci turu çərçivəsində bu gün "İmişli"ni qəbul edəcək "Neftçi"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.
Bu barədə Fanat.Az-a klubun sözçüsü Asəf Zeynallı məlumat verib:
"Bildiyiniz kimi, baş məşqçi Samir Abbasov 4 oyunluq diskvalifikasiya edildiyi üçün texniki zonada olmayacaq. Komandada cəzalı və ya zədəli futbolçu yoxdur".
Qeyd edək ki, "Neftçi" - "İmişli" qarşılaşmasının start fiti 17:30-da səsləndiriləcək. Oyunda ədaləti Cavid Cəlilovun rəhbərlik etdiyi hakimlər briqadası qoruyacaq.
Nihat