Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Neftçi" Misli Premyer Liqasının 34-cü turunda səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, "ağ-qaralar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: - Heç bir hədəfi olmayan komandanı oyunlara kökləmək çətin deyil?
- Əlbəttə çox çətindir. Həm də itkilərimiz ola-ola. Amma çətinliklər çox rastımıza çıxıb.
İstəmirəm ki, kimdəsə bizimlə oyuna çıxanda rahatlıq oldun. "Neftçi"nin adı hər şeydən üstündür.
- Növbəti mövsümlə bağlı azarkeşlərə hansı vədlər verə bilərsiniz? - Planlar cızırıq. "Neftçi" azarkeşlərinə söz deməyə ehtiyac yoxdur.
Onlara o qədər vədlər verilib ki. Oyunumuzla hər şeyi göstərməliyik.
- Əgər mövsümün əvvəlində "Neftçi"nin baş məşqçisi təyin olunsaydız, sizcə, vəziyyət fərqli ola bilərdi? - Bəlkə bundan da pis olardı.