Samir Abasov: “Göstərilən əzmkarlıq sevindiricidi” İdmanXəbər

04.12.2024

Idmanxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Neftçi”nin baş məşqçi Samir Abasov Azərbaycan Kubokunun 1/8 final mərhələsində üz-üzə gəldiyi  “Difai” ilə oyun barədə danışıb.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis görüş barədə bunları deyib:

“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin birinci liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью