Samir Abasov: “Kuboka çox böyük önəm vermişik” | Icma.az
Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.
Azərbaycan Premyer Liqasının XXII turunda keçirilən “Zirə” – “Neftçi” (1:2) matçından sonra qonaq komandanın baş məşqçisi Samir Abasov mətbuat konfransında iştirak etdi.
Futbolpress.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırdı: – Bu gün “Neftçi”nin heyətində meydanda 7 yerli futbolçu var idi.
Hətta Emil Səfərovun da daxil olmasıyla bu rəqəm 8 oldu. Ümumən məşqçilər heyəti də yerlidir.
Düşünmürsünüz ki, son dönəmlərdəki uğurlu çıxış ardında bunun böyük rolu var? – Rolu var, amma böyük rol olduğunu deməzdim.
Böyük rol odur ki, istər yerli olsun, istərsə də legioner, bu ruhu onlara verəsən. Onlar da bunu hiss etsin və meydançaya qoysun.
Saysız-hesabsız legioner deyərəm ki, yerlilərdən dala qalmır. – “Kəpəz”lə kubok oyununu da saysaq ardıcıl 3-cü qələbənizi qazandız.
Martın 22-si daha dominant “Neftçi”ni görəcəyimizi demişdiz, amma deyəsən, vaxtı irəli çəkmisiz… – Martın 22-si demişdim, ancaq hansı ilin martıdır, onu deməmişdim.
Tam oxu
Xəbəri oxu