Samir Abasov legionerə barmaq silkələyib

04.12.2024

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Neftçi"nin məşqçilər korpusu ötən yay komandaya cəlb olunan daha bir legionerdən narazıdı. Sport24.az-a daxil olan məlumata görə, Rafael Quzzonun performansı "ağ-qaralar"ın baş məşqçisi Samir Abasovu qane etmir.

Xüsusilə XV tur çərçivəsində baş tutan "Neftçi" - "Qarabağ" matçında portuqaliyalının sərgilədiyi oyun 46 yaşlı mütəxəssisi özündən çıxarıb. Abasov 29 yaşlı yarımmüdafiəçiyə sonuncu xəbərdarlığını edib və bu barədə rəhbərliyi xəbərdar edib.

Qeyd edək ki, Rafael cari mövsümdə "ağ-qaralar"ın heyətində 11 oyuna çıxıb. Onun paytaxt klubu ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью