Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır. "Meydana qələbə üçün çıxmışdıq. Çox ümidli və motivasiyalı idik.
Qəbələ toplanışında öz kanalımıza müsahibəmdə də hər şeyin möhtəşəm keçdiyini demişdim. Bu gün uduzsaydıq, nə deyəcəyimi bilmirdim".
İdman.biz xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov bu gün "Sabah"la keçirdikləri oyundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, oyun maraqlı keçib: "Yaxşı maraqlı oyun odlu.Qol buraxıb, qol vurursansa, ruhlanırsan.
Biz kənardan nə qədər istəsək də, futbolçuların fiziki durumu, yorğunluğunu da nəzərə almalıyıq. Yaxşı maraqlı oyun odlu.
Deməzdim ki, istəmirdilər və bir xal üçün oynayırdılar. Qorxu bəzi futbolçularda ola bilər. Bu da xal itirməklə bağlıdır.
Qol çox olmadı, epizodlar da həmçinin. Futbolçulara təşəkkür edirəm. İşimiz elə çoxdur ki...".
Baş məşqçi vurğulayıb ki, oyunun intizamını düzəltmək lazımdır: "Psixoloji məqamlar da var. "Neftçi" adına çox hücum etməliyik.