Samir Abasovun ona da ehtiyacı yox imiş... Neftçi də daha bir ayrılıq

14.07.2025

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, İsmayıl Zülfüqarlı "ağ-qaralar"ı tərk edib. 24 yaşlı müdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında açıqlama yayıb.
İsmayıl Zülfüqarlı ötən ötən mövsüm icarə əsasında "Turan Tovuz"da çıxış edib. "Neftçi"nin yetirməsi olan futbolçu 2019-cu ildə əsas komandada debüt edib.
Xatırladaq ki, "Neftçi" bu yay Yeqor Boqomolski, Azər Əliyev, Azər Salahlı, Yuri Matias, Rəhman Hacıyev, Höccət Haqverdi, Rüstəm Samiqullin, Robert Bauer, Rafael Quzzo, Dembo Darbo, Ervin Koffi və Filip Ozobiçlə də yolları ayırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью