Samir Abasovun qələbə şərhi | Icma.az
Icma.az, Qol.az saytına istinadən bildirir. “Bilirsiniz ki, kuboka necə köklənmişik. Bu məqsədi qarşımıza ümid və stimul kimi qoymuşuq.
Səfər matçından qələbə ilə dönmək yaxşıdır. Lakin bu o demək deyil ki, sondur. Bugünkü matçda rəqibin şansları oldu.
Onlar da fərqlənə bilərdilər, biz də böyükhesablı qələbə qazana bilərdik. Bu oyun nəticə baxımından bizə motivasiya verdi.
“Neftçi” üçün kubokun əhəmiyyətini futbolçular da anlayırlar. Artıq bundan sonra çempionat oyununa hazırlaşacağıq”.
QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Kəpəz”ə 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
Mütəxəssis komandasının ardıcıl iki matçda qapısını toxunulmaz saxlamasının səbəbini belə izah edib: “Neftçi”yə gəldiyimiz ilk gündən seriya yaxalaya bilmirdik.
Demirəm indi hər şey əladır. Sadəcə o vəziyyətdən çıxış yolları axtarmağa başladıq.
Bizə lazım olan, ən idealı oyunun içindəki nizam-intizamı yerinə oturtmaqdır.
Tam oxu
Xəbəri oxu