Samir Abasovun “Rza Cəfərov kartı” özünü də “yandırdı”, “Neftçi”ni də!

05.04.2025

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Neftçi”nin baş məşqçisi Samir Abasov “Araz-Naxçıvan”la matçdan sonra keçirilən mətbuat konfransında Rza Cəfərovun zədəli olduğu halda yığmanın heyətində Belarusa qarşı meydana çıxdığını iddia etdi. Çox keçmədən AFFA-nın saytına açıqlama verən millimizin çalışdırıcısı Fernando Santuş Abasovun iddiasını yalanladı.

Xatırlayırsızsa, Samir bəy həm də məsələnin araşdırıldığını demişdi. Görəsən, mövzu nə yerdə qaldı? Ümumiyyətlə, futbolçunun nəyə əsasən zədəli olduğu düşünülüb?
“Football-plus.az” bu suallarla “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Asəf Zeynallıya müraciət etsə də, “dişə çəkiləsi” cavab almadı:

“Məsələylə bağlı hansısa addım nəzərdə tutulmayıb”.

Maraqlıdı ki, Samir Abasovun zədəli olduğunu iddia etdiyi Rza Cəfərov Azərbaycan – Belarus (yoldaşlıq oyunu), “Neftçi” – “Araz-Naxçıvan” (premyer-liqa, 28-ci tur) və “Neftçi” – “Sabah” (ölkə kuboku, yarımfinal mərhələsinin ilk oyunu) matçlarında 90 dəqiqə meydanda olub və davranışlarında hansısa zədədən əsər-əlamət hiss edilməyib.
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью