Icma.az, Idman.biz saytına istinadən bildirir. “Premyer Liqada oynamaq mənim üçün hər zaman önəmli olub.
Bu liqa həm məsuliyyət, həm də özünü göstərmək baxımından fərqlidir.
Ona görə də “Karvan-Yevlax”dan təklif gələndə çox düşünmədim və bu addımı atmağı doğru hesab etdim”.
Bu sözləri “Karvan-Yevlax”ın yeni transferi Samir Abdullayev deyib.
23 yaşlı yarımmüdafiəçi mövsümün ilk hissəsini keçirdiyi “Mingəçevir”də qazandığı təcrübənin də indiki mərhələdə ona kömək etdiyini deyib.
Futbolçu Yevlax təmsilçisində uyğunlaşma prosesinin problemsiz getdiyini vurğulayıb.
“Komandada həm futbolçular, həm də məşqçi heyətində əvvəldən tanıdığım insanlar var. Bu da mənim üçün uyğunlaşmanı xeyli asanlaşdırdı.
Hazırda kollektivə adaptasiya ilə bağlı ciddi çətinlik yaşamıram”, - deyə o, futbolinfo.az-a açıqlamasında bildirib.