Samir Babayevin baldızı saxlanılıb Rəsmi açıqlama

05.04.2025

Icma.az bildirir, Bakupost portalına istinadən.


Müsəlman Birliyi Hərəkatının üzvü Samir Babayevin baldızının saxlanılması ilə bağlı məlumat yayılıb.

Bakupost.az xəbər verir ki, həbsdə olan S.Babayevin yaxın qohumu olan Xəyalə Qurbanovanın Sabunçu RPİ 14-cü Polis Bölməsinə aparılması və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə iddialar var.

İddialarla bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov "Qafqazinfo"ya bildirib ki, X.Qurbanova hər hansı polis orqanına dəvət olunmayıb və aparılmayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью