GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müğənni Samir Bağırov Baku TV-də yayımlanan “Qapqara” verilişində narkotik asılılığı yaşadığı dövrdən və bu mərhələdən necə çıxdığından danışıb.
Globalinfo.az xəbər verir ki, sənətçi o dövrü “həyatının ən qaranlıq mərhələsi” adlandırıb.
“Narkotik istifadə etdiyim vaxtlarda elə vəziyyətə düşmüşdüm ki, hətta özümü balkondan atmaq istəyirdim. Sonra ayıldım ki, bu məndən güclü olmamalıdır. Müalicə aldım və dönüş oradan başladı”.
Verilişdə sənətçi “kişilik” anlayışına münasibətini də bölüşüb. Onun sözlərinə görə, kişilik zahiri görünüş və ya statusla ölçülmür:
“Kişilik bədənə aid məsələ deyil. Kişilik insanın içində olmalıdır – tərbiyə, mədəniyyət və s. Bu, fiziki anlayış deyil, daxili keyfiyyətdir”.