Samir Becanov: Paris Sazişinin 6cı maddəsi üzrə bir çox razılaşmalar əldə olunub

16.11.2024

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

COP29 çərçivəsində Paris Sazişinin 6-cı maddəsi üzrə bir çox razılaşmalara nail olunub.

Bakıvaxtı.az "Report"-a istinadla xəbər verir ki, bunu COP29 baş danışıqçısının müavini Samir Becanov COP29 sədrliyinin mətbuat konfransında bildirib.

"Tərəflərin təqdim etdiyi vədlər və hesabatlar, xüsusilə enerjinin saxlanma həcmlərinin 6 dəfə artırılmasının zəruriliyi müsbət qiymətləndirilib", - o qeyd edib.

S.Becanov, həmçinin deyib ki, bu gün COP29 çərçivəsində tərəflərin iqlim dəyişikliyinin nəticələri ilə mübarizədə texnologiyalardan istifadə etməsinin məcburi olacağı Yaşıl Rəqəmsal Fəaliyyət üzrə Bəyannamə qəbul olunub:

"Bəyannamə artıq 90-dan çox hökumət və rəqəmsal texnologiya cəmiyyətinin 1000 nümayəndəsi tərəfindən dəstəklənib".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью