Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xalq artisti Samir Cəfərov “Koroğlu” operasının italyan dilində Avropa səhnələrində nümayiş olunmasını təklif edib.
Axşam.az xəbər verir ki, sənətçi bu barədə “Xəzər axşam” verilişində danışıb. O bildirib ki, bu ideyanı ona məşhur ispan opera ifaçısı Monserrat Kabalye verib:
“Yaxınlarda bu məsələni yenə qaldırmışdım ki, “Koroğlu” operasını italyan dilində qoymaq lazımdır. Məsələn, La Skala opera teatrında. Bu ideyanı mənim beynimə məşhur ispan opera ifaçısı Monserrat Kabalye salmışdı. Demişdi ki, italyan dilində Avropa səhnələrində olarsa, XXI əsrin operası ola bilər”.