Samir Əliyev: “Bildiyimə görə, AFFA baş məşqçini müəyyənləşdirib”

27.02.2025

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkəmizin 21 yaşadək futbolçulardan ibarət yığmasının Avropa çempionatının seçmə mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Bir daha xatırladaq ki, U-21 seçmə oyunlara bu ilin sentyabrında start verəcək. B qrupunda yer alan gənclər yığması əvvəlcə səfərdə Portuqaliya ilə qarşılaşacaq. Hazırda U-21-in baş məşqçisi yoxdu, daha dəqiqi, Samir Əliyevin istefasından sonra post boş qalıb.
Bəs U-21-in indiyə qədər baş məşqçisiz qalması anormal durum deyilmi? Axı yeni baş məşqçi indidən oyunlara baxmalı, yenilənəcək yığma üçün futbolçular seçməlidi. Bu sualı elə məhz Samir bəyə ünvanladıq:

“Artıq bir şey qalmayıb. Çox güman, gələn həftə ad açıqlanacaq. Bildiyimə görə, AFFA baş məşqçini müəyyənləşdirib. Ancaq kim olduğunu bilmirəm”.


Qeyd edək ki, yığmamız sentyabrın 5-də Portuqaliyanın qonağı olacaq.
ƏSƏD SEYİDOV
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью