Samir Həziyev yüksək vəzifəyə TƏYİN EDİLDİ | Icma.az
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır. "Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) kadr dəyişikliyi olub.
ADY-nin Yük daşımaları departamentinə rəhbərlik Samir Həziyevə həvalə olunub. Oxu.Az xəbər verir ki, Samir Həziyev 1982-ci ildə anadan olub.
2000-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin "Beynəlxalq iqtisadi münasibətlər" ixtisası üzrə bakalavriat və magistratura pillələrini bitirib, daha sonra Dünya Bankının təqaüd proqramını qazanaraq ABŞ-nin Kolumbiya Universitetinin dövlət idarəçiliyi üzrə magistratura pilləsində təhsil alıb.
Əmək fəaliyyətinə 2004-cü ildən Azərbaycan Respublikası Mərkəzi Bankında iqtisadçı kimi başlayıb, sonra Fövqəladə Hallar Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
2018-ci ildə ADY-də fəaliyyətə başlayıb. 2021-ci ildən İnfrastruktur departamentinin rəis müavini vəzifəsində işləyib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu